İstirahət günlərində hava şəraiti necə olacaq?

748 9-02-2018, 12:56 cemiyyet / gundem

İstirahət günlərində hava şəraiti necə olacaq?“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevral ayının 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Xeberdar.net

XƏBƏR LENTİ