Kosovadan Türkiyəyə böyük dəstək: Ləğv edildi

643 11-02-2018, 10:34 dunya / gundem

Kosovadan Türkiyəyə böyük dəstək: Ləğv edildiKosova YPG terror təşkilatının təbliğatının qarşısını alıb.
Kosova təhlükəsizlik qüvvəlləri paytaxt Priştinada YPG terror təşkilatına dəstək məqsədi ilə keçirilməsi planlaşdırılan “Kürd musiqi gecəsi”ni ləğv edib. Kosovalı nazir Mahir Yağcılar bildirib ki, kosovalıların həqiqi və təmənnasız dostu olan Türkiyəyə qarşı həyata keçirilən bu kimi hərəkətlər yersiz və mənasızdır:

“Bütün bunlar Kosovanın da zərərinədir. Bu gün Türkiyənin sabitliyini və təhlükəsizliyini pozmaq üçün müxtəlif terror hadisələri və təxribatlar həyata keçirilir. Biz buna görə Türkiyəyə dəstək oluruq”.(Axar.az )

XƏBƏR LENTİ