Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

800 11-02-2018, 10:37 cemiyyet / gundem

Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıbBakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ