Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

772 11-02-2018, 17:07 dunya / gundem

Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “Ан-148″ tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.

XƏBƏR LENTİ