Həbsxanada ölən bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

638 15-02-2018, 12:37 cemiyyet / gundem

Həbsxanada ölən bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildiHəbsxanada intihar etdiyi bildirilən bloqqer Mehman Qələndərovun ölümü ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib.

Musavat.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat ysyıb.

Bildirək ki, M.Qələndərovun 2017-ci il aprelin 28-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmışdı.

İstintaqın davam etdirilməsi üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.

Qələndərovun intihar etməsi ilə bağlı müxtəlif iddialar var idi. Hüquq müdafiəçisi O.Gülalıyevin sözlərinə görə, prokurorluğun xitam qərarında M.Qələndərovun ölümündə cinayət tərkibi olmadığı, onun intihar etdiyi yazılıb.

M.Qələndərov 2017-ci il fevralın 7-də həbs olunub. Bloqqerə CM-nin 234.2 (satış məqsədi ilə narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, hazırlama və satma) ittihamı ilə barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Qələndərov 2017-ci il aprelin 28-də isə istintaq təcridxanasında dünyasını dəyişib.

Hadisədən sonra Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə bəyanatda M.Qələndərovun özünü asaraq intihar etdiyi bildirilirdi.

Xeberdar.net

XƏBƏR LENTİ