Jirinovski Qarabağla bağlı yenə sərsəmlədi:"Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma..."

696 15-02-2018, 13:40 dunya / gundem

Jirinovski Qarabağla bağlı yenə sərsəmlədi:"Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma..."
"Rusiyada heç vaxt anti-erməni əhval-ruhiyyə olmayıb".

Bunu Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil olması ola bilər. Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir. Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdı və hər zaman şimala – Moskva və Kremlə baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur. Cənub istiqaməti Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətini gücləndirməyə və inkişaf etməyə yardım edib. Bizə qədər Ermənistan hissələrə parçalanmışdı. Ona görə də Ermənistan dövlətinin siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olacaq”, – deyə o, bildirib/Axar.az.

XƏBƏR LENTİ