Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edildi – Yenilənib

986 15-02-2018, 15:42 gundem

Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edildi – Yenilənib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, L.Seyidbəyliyə yeni vəzifə verilib:

“Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub”.

S.Əhmədova onu da qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

* * *

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Bu barədə APA-ya Leyla Seyidbəyova özü bildirib.

O, işdən öz ərizəsi ilə çıxdığını deyib.

Xeberdar.net

XƏBƏR LENTİ