Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar
Bu günlərdə Feysbukda dəbdəbəli villalardan birinin fotosu yayılmışdı. Fotonun korrupsioner məmurlardan birinə aid olduğu vurğulanmışdı. Lakin şəklin altındakı şərhlərdə bahalı malikanənin gerçək sahibi məlum olub.

“Qızıl Buta”, “Jiquli” və…

AzEuroNews.com xəbər verir ki, milyonluq villanın “CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsulları istehsal edən “Kristal CF” MMC firmasının sahibinə aid olduğu qeyd edilib.

Bu şirkət Cəfər və Fəxrəddin adlı iş adamlar tərəfindən qurulub. Firmanın adı da məhz sahibkarların adlarının baş hərfi ilə bağlıdır.

Şərhlərdə yazırlar ki, villa kolbasa istehsal edilən müəssisənin yaxınlığındadır. Ancaq mülkün Cəfər yoxsa Fəxrəddinə aid olmasına aydınlıq gətirilməyib.

Feysbuk istifadəçiləri qeyd ediblər ki, “Kristal CF” sahiblərinin biznesi təkcə kolbasa firması ilə məhdudlaşmır.

Şirkət sahibinin “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri var.

Halal kolbasa istehsal etdiyini bildirən firmanın pivə satışı ilə də məşğul olması sosial şəbəkələrdə ayrıca müzakirə mövzusuna çevrilib.

“Halal kolbasa istehsal etdiyini demək hara, pivə istehsalı hara”, – deyə feybsuk istifadəçiləri sual edirlər.

“Kristal CF” haram çıxıbmış, pivəsi isə…

Üstəlik, “Kristal CF” kolbasa məhsullarının halal olmadığı, donuz piyindən istifadə edildiyi də dövlət orqanları tərəfindən rəsmi şəkildə açıqlanıb.

Bir neçə il əvvəl İqtisadiyyat Nazirliyinin yoxlaması zamanı müəssisədə istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının tərkibində donuz əti və piyi aşkarlanmışdı.
Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar
“Kristal CF”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şirkəti 5000 manat cərimələmişdi.

Axar.az isə yazmışdı ki, “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.

Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər.

Mətbuatda gedən xəbərlərə görə, “Kristal CF” ət və ət məhsulları istehsal edən müəssisədə sanitar-gigenik qaydalara əməl olunmur.

Xammalın saxlama yeri, istehsal sahəsi, hazır məhsulların saxlanma yerləri heç bir sanitariya normalarına cavab vermir. Bundan əlavə kolbasa və sosiska məhsulları mövcud resepturaya uyğun hazırlanmır.

Məhsulların markalanması da tələblərə cavab vermir. Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və s. materiallar qatırlar.

Yalançı halal standartı adı altında məhsullar istehsal edirlər. Qafqaz Müsəlmanlar İdarəsi də “Kristal CF” şirkətinin kolbasa məhsullarına halallıq verməyib.

Bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Kristal CF» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunmuşdu.

Bu məlumatlarla bağlı şirkətin (+994 12) 424-61-69, (+994 12) 424-50-47 nömrələrinə zənglərimiz cavabsız qaldı. Firmanın elektron poçtuna sorğu göndərəcəyik. Qarşı tərəfi dinləməyə hazırıq./Xeberfakt.az/

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

  • 19-02-2018, 12:51
  • 682


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI