İranda polislə sufilər arasında toqquşma –Üç polis öldürülüb

704 20-02-2018, 13:45 dunya / gundem

İranda polislə sufilər arasında toqquşma –Üç polis öldürülübİranın paytaxtı Tehranda sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsindən sonra sufi-dərvişlərlə polis arasında amansız qarşıdurmalar baş verib.

"İnterfaks" xəbər verir ki, bu barədə Londonda nəşr edilən "Əş-Şark əl-Ausat" qəzeti yazıb.

Qəzetin məlumatına görə, kütləvi iğtişaşlar zamanı dərvişlərdən biri avtobusu bir qrup polisin üzərinə sürüb. Üç polis məmuru ölüb, sürücü həbs edilib.

Polis qüvvələri ölkənin təhlükəsizliyini təhdid altına salan istənilən qanunsuz hərəkətlərə qarşı çox ciddi tədbirlər görəcəyini bildirib/Report.

XƏBƏR LENTİ