Beyləqanda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

Beyləqanda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıbBeyləqanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Xeberdar.net məlumat verir ki, bu barədə Beyləqan MRX-da travmatoloq-həkim Elyar Namazovun APA-ya verdiyi məlumata görə, xəstələrə ilkin tibbi yardım göstərilir. Hadisə Daşburun-Beyləqan yolunun Milabad kəndi ərazisindən keçən hissəsində baş verib. Sürücü, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Hüseyinov Əkbər Azad oğlu “Mercedes” markalı avtomobilin idarəetməsini itirib, nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Sürücü Ə. Hüseyinovla yanaşı, sərnişinlər 1987-ci il təvəllüdlü Bakı şəhər, Binəqədi rayon Biləcəri sakini Xəlilov Rasim Nizaməddin oğlu və Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Həsənov Zamiq Qənimət oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.



Onların vəziyyəti hələlik orta ağır qiymətləndirilir.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

Xeberdar.net

Beyləqanda yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

  • 16-01-2016, 23:37
  • 905


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI