Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...

Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib.

Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.

Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr Prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib.

Çiprasın isə Almaniyanın kansleri Angela Merkelə zəng edib və liderlər fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Liderləri Sammitində mövzunu müzakirə etmək barədə razılaşıblar.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.

Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirklətin fəaliyyətinə mane olub.

Yunanıstan və Cənubi Kiprin beynəlxalq təşkilatların gündəminə daşımağa çıxardığı mövzu barədə Ankara mövqeyini dəyişməyib. Türkiyənin Hərbi-Dəniz Qüvvələri bölgədə daha əvvəlcədən planlaşdırılan hərbi təlimlərini davam etdirirlər. Türkiyə bölgədəki fəaliyyətin martın 10-na kimi davam etdiriləcəyini açıqlayıb.(publika.az)

Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...

  • 21-02-2018, 14:09
  • 474


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI