Astarada qanunsuz meşə materialı aşkarlanıb

798 28-02-2018, 16:42 cemiyyet / gundem

Astarada qanunsuz meşə materialı aşkarlanıbAstarada qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

Keçirilən reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir. Qeyd edək ki, düşünülmüş gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə Nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.

27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir düşünülmüş əməlin qarşısı alınıb. Belə ki, gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat dəyərində meşə materialı aşkar edilib.

Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.

Xeberdar.net

XƏBƏR LENTİ