Lənkəranda 28 yaşlı kişi itkin düşüb

840 1-03-2018, 13:06 cemiyyet / gundem

Lənkəranda 28 yaşlı kişi itkin düşübLənkəran şəhər sakini itkin düşüb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhəri Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.

İki uşaq atası olan F. Əliyev şəxsiyyət vəsiqəsini və digər əşyalarını da evdə qoyub.

Ailə üzvləri məsələ ilə bağlı polisə məlumat veriblər. Fərid Əliyevin işsiz olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ