«Avanqard» raketi ABŞ RƏM sistemini lazımsız edir» - Ekspert rəyi

792 1-03-2018, 23:07 dunya / gundem

«Avanqard» raketi ABŞ RƏM sistemini lazımsız edir» - Ekspert rəyi
Sürəti «Max ədədi»ni (təxminən səs sürətinə uyğun gəlir) 20 dəfə üstələyən Rusiyanın ən yeni «Avanqard» raketi Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket əleyhinə müdafiə (RƏM) sistemini tamamilə lazımsız edir. Nədən ki, bu sistemlərin raket əleyhinə işlədilən raketlərinin maksimal sürəti 5 «Max»a bərabərdir.
Bu barədə, Rusiyanın raket silahları üzrə tanınmış hərbi eksperti, Rusiya hərbi-hava qüvvələri Mərkəzi Elmi-Tədqiqat İnstitutunun (METİ) sabiq əməkdaşı Aleksey Leonkov bəyan edib.
Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxışı zamanı bəyan etmişdi ki, Rusiya Federasiyasında yeni «Avanqard» sistemi yaradılıb. Bu sistem atmosferin sıx qatlarında, hipersəs sürəti ilə qitələrarası məsafəyə uçmaq qabiliyyətinə malikdir. Bu zaman raket «Max ədədi»ni 20 dəfədən çox üstələyir.
«Hesab edirəm ki, bu Amerikalıların Avropada yerləşdirdikləri RƏM kompleksinə bir cavabdır. Amerikanın raket əleyhinə raketləri, o cümlədən, «Aegis» maksimum 5 «Max ədədi» sürəti ilə uçurlar. Heç olmasa, 10 «Max ədədi» sürətilə uçan raketə çatmaq üçün azı 15 «Max ədədi» sürətlə üçün raket əleyhinə raket lazımdır. Amerikalıların belə raketi yoxdur – onlar bu sahədə sadəcə, gücsüzdürlər» – deyə, Leonkov izah edib.
Ekspert qeyd edib ki, Rusiyanın hipersəs sürətli raketi «birinci kosmik sürət»ə (saniyədə 6 kilometr) uyğun gələn sürətə malikdir və o, yüksək dəqiqliklə vurmaq qabiliyyəti ilə seçilir.
«İyirmi «Max ədədi» – bu, təxminən birinci kosmik sürətdir. Bu zaman, raket hədəfə çatarkən yüksək dəqiqliklə manevr edə bilir ki, bunun da dünyada analoqu yoxdur. Heç bir RƏM sistemi onu «tutu» bilməz» – deyə, ekspert fikrini tamamlayıb.

XƏBƏR LENTİ