“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu

839 3-03-2018, 11:45 gundem

“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu
İkram Rəhimov: “ Rövnəq Abdullayevin qoçuları gecə həyətimə girib hasarı uçurdublar”
Bu gün gecə saatlarında Realliqinfo.org (Realliq.info) saytının baş redaktoru İkram Rəhimovun Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki evinə basqın olub. Gecə saatlarında evin hasarı uçurdulmuş və həyətin qapısı aşırılıb. Basqını həyata keçirənlər SOCAR mühafizə xidmətinin əməkdaşları olub.

“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu
Xidmətin Abşeron rayonu üzrə rəisi Rahib adlı şəxs bildirib ki, baş redaktor onun qəbuluna gəlmədiyi üçün bu proses həyata keçirilib. Rahib, SOCAR şefi Rövnəq Abdullayevin yaxın qohumudur. Məhz bu səbəbdən İkram Rəhimova qarşı bu qanunsuzluq həyata keçirilib.
Qeyd edək ki, İkram Rəhimov uzun müddətdir SOCAR –da baş verən qanunsuzluqlar, mənimsəmələr və şirkət rəhbərliyinin xaricdəki biznesindən geniş yazılar dərc edib. Rövnəq Abdullayev baş redaktorun saytlarını ölkədə girişini blokladıqdan sonra ona qarşı təzyiqləri davam etdirir. Lakin baş redaktorun yazılarını davam etdirməsi SOCAR şefinin və onun qoçularının qəzəbinə səbəb olub.
Baş verən hadisə ilə bağlı baş redaktorla əlaqə saxladıq. İkram Rəhimov bildirdi ki, səhər tezdən evə qayıdanda görüb ki, evinin hasarları uçurulub. Məsələni araşdırdıqdan sonra məlum olub ki, SOCAR mühafizə xidmətinin əməkdaşları gecə saatlarında evinin hasarını uçurublar: “ SOCAR mühafizə xidmətinə Rahib adlı şəxs yeni rəis təyin olunub. Dünən gəlib dedilər ki, yeni rəis səni görmək istəyir. Səbəbini soruşanda bildirdilər ki, Rövnəq Abdullayevin qohumudur və yazdığın yazılara görə çox əsəbləşib. Mən, Rövnəq Abdullayevin qanunsuz əməllərindən, ermənilərlə işbirliyindən və SOCAR vəzifəlilərinin dövlətin milyonlarla vəsaitinin mənimsəməsindən geniş məqalələrin müəllifiyəm. Ona görə bunların qəzəbini anlayıram. Lakin evimə girib, 15 il öncə qanunu sənədlər əsasında tikilmiş (Əmlak Komitəsinin təsdiq etdiyi çıxarışla) hasarı uçurmaq qədər özbaşınalıq edəcəklərini düşünməmişdim. Bu özbaşınalıq və qoçuluqla bağlı Daxili İşlər Nazirliyinə, Baş prokurorluğa rəsmi müraciət etmişəm. SOCAR – ın mətbuat xidmətinin rəhbəri İbrahim müəllimlə əlaqə saxlamışam. O da bildirdi ki, heç kimin, eləcədə SOCAR mühafizə əməkdaşlarının ixtiyarı yoxdur ki, hansısa şəxsin evinə girib onun tikintisini söksünlər. Görünür, Rövnəq Abdullayevin qoçuları ölkə qanunlarına məhəl qaymamaqda davam edir. Mən, Prezidentə və Birinci vitse Prezidentə müraciət edirəm. Ermənilərə pulsuz qaz, yanacaq verən Rövnəq kimilərinin cəzalandırılması üçün tapşırıq verin. Bunlar ölkədə narazılıq və kütləvi etirazlar yaratmaq istəyirlər. Mənim mübarizəm davam edəcək ”.
Biz də bir media orqanı olaraq Rövnəq Abdullayevin qohumlarının jurnalistin evinə girərək hasarını uçurtması özbaşınalıqdır. Bu yolla narazılıqların yaradılması Ölkə başçısına qarşı təxribat olmaqla yanaşı, həmdə xarici qüvvələrin sifarişi kimi qiymətləndirilir. Ümid edirik ki, dövlətin aidiyyatı qurumları baş verən qanunsuzluğa tez bir zamanda aydınlıq gətirəcək və özbaşınalıq edənlər cəzalandırılacaq.

“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu
“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu
“SOCAR” baş redaktorun evinə basqın etdi – Hasarlar uçuruldu


bakunews.az

XƏBƏR LENTİ