Binəli Yıldırım:“Afrin əməliyyatları Avropada da, dünyada da sülh üçündür”

613 3-03-2018, 17:22 dunya / gundem

Binəli Yıldırım:“Afrin əməliyyatları Avropada da, dünyada da sülh üçündür”“Afrindəki əməliyyatlar Avropada da, dünyada da sülh üçündür””.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) Konya əyaləti təşkilatının növbəti konfrasındakı çıxışında Afrində “Zeytun budağı” antiterror əməliyyatından danışarkən deyib.

“Afrin mühasirə vəziyyətindədir. Sərhədlərimizə yaxın bölgələrin hamısını terror yuvalarından təmizlədik. İndi isə əsgərimiz, xüsusi təyinatlılarımız, jandarmamız, polisimiz, təhlükəsizilik qoruyucularımız və Azad Suriya Ordusunun igidləri addım-addım Afrinə doğru irəliləyir. Bu gün Afrin, sabah başqa bir yer.

Terrorçularla əməkdaşlıq edənlər bölgədə sülhü təhlükəyə atır. Qanuni bir dövlət terror qruplaşması ilə əməkdaşlıq etməz. Terror qruplaşmalarına rəğbət bəsləyənlərin əlinə qan yaxılar”, – deyə Binəli Yıldırım vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ