Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı

609 5-03-2018, 11:16 cemiyyet / gundem

Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldıSumqayıtda bir evdə 6 meyit tapılıb. Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.(Qafqazinfo)

XƏBƏR LENTİ