İran və Fransa prezidentləri arasında telefon danışığı olub

850 5-03-2018, 15:17 dunya / gundem

İran və Fransa prezidentləri arasında telefon danışığı olubİran prezidenti Həsən Ruhani ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, Emmanuel Makron İranla sabit, sağlam və şəffaf əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Fransa prezidenti rəsmi Parisin İranın nüvə proqramına dair Əhatəli Razılaşma müqaviləsinin müdafiəsi üçün bütün imkanlardan yararlandığını vurğulayıb.

Tərəflərin telefon danışığında Suriyadakı vəziyyəti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi atəşkəslə bağlı məsələ ilə bağlı da fikir mübadiləsi apardıqları ehtimal olunur.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan İves Le Drian yaxın günlərdə Rusiya və İrana səfər edəcək. Səfər zamanı Yaxın Şərq bölgəsi, o cümlədən Suriyadakı böhranla bağlı məsələnin də müzakirəsi gözlənilir.

Xeberdar.net

XƏBƏR LENTİ