“Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu” –Deputat İTV-ni "vurdu"

787 6-03-2018, 14:09 gundem

“Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu” –Deputat İTV-ni "vurdu"
Deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib.

Deputat MM-in iclasında qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedirdi:

"Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər. Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu. Bunu İctimai TV-nin efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.

Qafqazinfo

XƏBƏR LENTİ