Norveç parlamentinin spikeri istehfa verib - Təmirə artıq pul xərclədiyinə görə...

677 9-03-2018, 15:28 dunya / gundem

Norveç parlamentinin spikeri istehfa verib - Təmirə artıq pul xərclədiyinə görə...
Norveç parlamentinin başçısı təmir zamanı büdcə vəsaitinin xərclənməsində israfçılığa yol verdiyi səbəbilə, postundan istehfa verib. Ulemik Tommessen bu postu 2013-cü ildən tuturdu. Parlamentdə təmsil olunan partiyalar ona olan etibarı itirdiklərini bəyan ediblər.
İlkin olaraq, Norveç parlamenti binasının təmiri 9 milyon dollar qiymətləndirilibmiş. Sonradan isə bu məbləğ 300 milyon dollara qalxıb. Tommessen iddia edir ki, həddindən artıq yüksək məsrəflər keyfiyyətsiz planlaşdırma səbəbinndən baş verib.
Azərbaycanda isə bunun əksi «ənənə»yə çevrilib – dövlət-büdcə pullarını «küləyə verən» məmurlar daha yüksək vəzifələrə təyinat alırlar. Məsələn, söhbət parlamentdən düşmüşkən, Azərbaycan parlamentinin spikeri cənab Oqtay Əsədovun «qabaqcıl təcrübə»sini önə çəkmək olar. Təxminən 20 il bundan əvvəl bu cənab «AbşeronSu» Səhmdar Cəmiyyətinə ayrılmış 100 milyona yaxın kreditin böyük hissəsini «dəftərxana ləvazımatı» almağa yönəltdi. Bu xidmətinə görə, o, 2005-ci ildə parlament sədri oldu və hələ də sədr olaraq qalır…/«AzPolitika.info»/

Xeberdar.net

XƏBƏR LENTİ