Azərbaycan nefti bahalaşıb

735 13-03-2018, 10:26 iqtisadiyyat

Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,61 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,33 dollar/barel çoxdur


Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 65,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ