Ümid Partiyasının sədri İqbal Ağazadə xalqı Novruz bayramı münasibətilə təbrik etdi

1 673 19-03-2018, 17:59 siyaset / gundem

Ümid Partiyasının sədri İqbal Ağazadə xalqı Novruz bayramı münasibətilə təbrik etdi
Ümid Partiyasının sədri İqbal Ağazadə xalqı Novruz bayramı münasibətilə təbrik edib. Xeberdar.net-ə daxil olan təbrikdə deyilir:

"Hörmətli həmvətənlərim!

Sizi xalqımızın əziz bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Novruz yeni gündür, Novruz yeni nəfəsdir, yeni təravətdir. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz, ən qədim dövrlərdən bəri, xalqımızın sevinc, şadlıq bayramı olmuşdur.
Hər bir evə bayram ovqatı, xoş əhval ruhiyyə bəxş edən bu bayramda ölkəmizdə siyasi mühitin dəyişməsini, iqtisadi həyatın, sosial vəziyyətin yaxşılaşmasını, millətimiz üçün, dövlətimiz üçün milli problemlərin arxada qalmasını, ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olmasını diləyirəm.

Bir daha Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, xoş bayram əhval-ruhiyyəsi arzulayıram.

Bayramınız mübarək!

İqbal Ağazadə
Ümid Partiyasının sədri
"

XƏBƏR LENTİ