“Küləkli hava şəraiti davam edəcək” – Proqnozlar Bürosu

728 23-03-2018, 11:53 gundem

“Küləkli hava şəraiti davam edəcək” – Proqnozlar Bürosu
Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, növbəti günlərdə ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi gözlənilir.

Onun sözlərinə görə, ölkə ərazisində arabir güclənən qərb küləklərinin üstünlüyü müşahidə olunacaq: “Mart ayının 24-ü axşam və ayın 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir”.

Havanın temperaturuna gəlincə mütəxəssis qeyd edib ki, növbəti günlərdə temperatur rejimində mühüm dəyişiklik gözlənilmir: “Hazırda havanın temperaturu iqlim normasından bir qədər yüksəkdir. Havanın temperaturu Aran rayonlarına 18-23, Bakıda və Abşeron yarımadasında 12-17, dağlıq rayonlarda isə 10-15 dərəcədir”.

Xeberdar.net

XƏBƏR LENTİ