Şəmkirdə kütləvi dava baş verib

1 153 24-03-2018, 22:19 hadise / gundem

Şəmkirdə kütləvi dava baş verib
Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.Hələlik məlum olmayan səbəbdən baş vermiş kütləvi dava zamanı Şəmkir rayon Könüllü kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Elgün və Gəncə şəhər sakinləri: – 1987-ci il təvəllüdlü Babayev Emin Nazim oğlu, 1971-ci il təvəllüdlü Boldurov Elçin Ələsgər oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hər üç şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. (Report)

XƏBƏR LENTİ