Bakıda duman-çiskin olacaq, rayonlara yağış yağacaq

805 25-03-2018, 12:32 gundem

Bakıda duman-çiskin olacaq, rayonlara yağış yağacaq
Martın 26-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Xeberdar.net Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ