“Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” – Türkiyə baş nazirinin müavini

565 2-04-2018, 12:58 dunya

“Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” – Türkiyə baş nazirinin müavini
“Süleyman şah türbəsi gec-tez öz əvvəlki yerinə qaytarılacaq”.

Xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Fikri İşık bildirib.

“Çünki ora Türkiyə torpaqlarıdır”, – o vurğulayıb.

Qeyd edək ki, 2015-ci il fevralın 21-də Türkiyə Suriyanın Hələb şəhəri ərazisindəki Karakozak kəndindəki Süleyman şah türbəsində xidmət edən əsgərlərinin təxliyyəsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və “Süleyman şah” Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Süleyman şahın meyitinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə edilir.

Xeberdar.net

XƏBƏR LENTİ