Prokuror sabiq bələdiyyə sədrinə cəza istəyib

Prokuror sabiq bələdiyyə sədrinə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası qeyri-müəyyən günə təxirə salınıb. Buna səbəb V.Nəbiyevin daha bir cinayət işi üzrə məhkəmə iclasının davam etməsidir.

Belə ki, V.Nəbiyev daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs edilib.

V.Nəbiyev bu cəzadan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır və qərar elan edildikdən sonra onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs edilib.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb.

Prokuror sabiq bələdiyyə sədrinə cəza istəyib

  • 2-04-2018, 15:56
  • 690


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI