Belarusda Sosial şəbəkələri bloklamağa hazırlıq görülür

752 3-04-2018, 17:59 dunya

Belarusda Sosial şəbəkələri bloklamağa hazırlıq görülür
Belarusda kütləvi informasiya vasitələri qanununa dəyişiklik layihəsi hazırlanıb. Novator.az-ın məlumatına görə, layihədə sosial şəbəkələrin bloklanması barədə müddəa var. Sosial şəbəkə informasiyanın hakimiyyət orqanlarının tələbi ilə silinməməsi halında bloklana bilər.

Layihədə saytlara girişin məhkəmə qərarı olmadan məhdudlaşdırılması təklifi də yer alır.

Belarus parlamentinin aşağı palatasına təqdim olunmuş layihə aprelin 3-də açıqlanıb. Sənəddə internet saytlarının kütləvi informasiya vasitəsi orqanı kimi qeydiyyatı mexanizmi verilir. İnternet saytının KİV qismində qeydiyyatı üçün hüquqi şəxs yaradılmalıdır. Saytın baş redaktorunun 5 il KİV-də rəhbər postlarda çalışmış Belarus vətəndaşı olması tələbi qoyulur.

XƏBƏR LENTİ