Ümid Partiyasının sədri İqbal Ağazadə İlqar Məmmədovu REAL Partiyasının sədri seçilməsi münasibətilə təbrik etdi

1 989 10-04-2018, 13:35 gundem

Ümid Partiyasının sədri İqbal Ağazadə İlqar Məmmədovu REAL Partiyasının sədri seçilməsi münasibətilə təbrik etdi
Ümid Partiyasının sədri İqbal Ağazadə İlqar Məmmədovu REAL Partiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
təbrikdə deyilir:

"REAL hərəkatının qurultay keçirərək, partiyaya çevrilməsi istiqamətində atdığı addımı alqışlayır, bütün REALçıları təbrik edirəm. İnanıram ki, ölkəmizin demokratikləşməsi üçün atılacaq mühüm addımlar prosesi sürətləndirəcək və biz hamımız bu istiqamətdə əməkdaşlıq çərçivəsində ciddi nailiyyətlər əldə edəcəyik. İlqar Məmmədovu da partiyanın sədri seçilməsi münasibətilə ayrıca təbrik edir, belə məsul vəzifədə ilk növbədə ona azadlıq arzulayır, həmçinin gələcək fəaliyyətində uğurlar diləyirəm.
Dərin hörmətlə
Ümid Partiyasının sədri İqbal Ağazadə"

Xeberdar.net

XƏBƏR LENTİ