Rusiyada 5 erməni kanalizasiya quyusunda öldü -FOTOLAR

722 14-04-2018, 10:25 hadise / dunya

Rusiyada 5 erməni kanalizasiya quyusunda öldü -FOTOLAR
Cümə günü Başqırdıstanın paytaxtı Ufa şəhərində kanalizasiya quyusunda ölmüş beş nəfərdən 4-nün Ermənistan vətəndaşı olduğu bilindi. Bu barədə Başqırdıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin versiyaya görə, 2018-ci il aprelin 13-də günortadan sonra Ufadakı “Pristan” restoranının fəhlələrindən biri suyu açmaq üçün kanalizasiya quyusuna düşərkən huşunu itirib. Bunu görən digər işçilər də quyuya düşərək onu xilas etməyə çalışıblar. Lakin onlar da huşlarını itiriblər. Olay yerinə gələn xilasedicilər kanalizasiya quyusundan 4 nəfərin cəsədini çıxardıblar. İki nəfər isə ağır vəziyyətdə Ufa şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Amma onlardan biri də ölüb.
Ölənlərdən 4-nün Ermənistan vətəndaşı, birinin isə Rusiya vətəndaşlığını daşıyan erməni olduğu bilinib. Məlumatda ölən ermənilərin adları da çəkilir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır./Moderator/az

XƏBƏR LENTİ