“Suriyaya atılan bircə raket belə vurulmayıb” – ABŞ-ın Avropa komandanlığı

“Suriyaya atılan bircə raket belə vurulmayıb” – ABŞ-ın Avropa komandanlığı
“Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. “Bu missiyada iştirak etmiş heç bir raket Suriya HHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur”, – deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən – “Monterey” (ABŞ) kreyserindən 30 “Tomahawk” raketi, “Laboon” (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən – “Higgins” (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən – “John Warner” (ABŞ) sualtı qayığından 6 raket, “Languedoc” Fransa freqatından 3 raket buraxılıb. Havadan 2 ədəd “B-1B Lancer” ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın “Tornado” və “Typhoon” hücum təyyarələrindən 8 raket, Fransanın “Rafales” və “Mirages” hücum təyyarələrindən 9 raket buraxılıb.

ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib.

Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.

“Suriyaya atılan bircə raket belə vurulmayıb” – ABŞ-ın Avropa komandanlığı

  • 16-04-2018, 14:55
  • 264


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI