Bakıda itkin düşmüş qadının meyiti tapılıb

684 17-04-2018, 11:07 hadise

Bakıda itkin düşmüş qadının meyiti tapılıb
Bakıda itkin düşmüş qadının meyiti tapılıb.

“Report”un xəbərinə görə, aprelin 8-də itkin düşmüş Səbinə Bünyatovanın meyiti 8 gün sonra Səbail rayonu, Şıx çimərliyində aşkarlanıb.

İlkin ehtimala görə, o, intihar edib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan sonra onun yaxınları qadının itkin düşməsi barədə polisə məlumat vermişdi.

XƏBƏR LENTİ