Türkiyədə növbədənkənar seçkilər keçiriləcək

809 18-04-2018, 17:30 dunya

Türkiyədə növbədənkənar seçkilər keçiriləcək
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli ilə növbədənkənar prezident və parlament seçkilərinə dair keçirdiyi görüşdən sonra bildirib.

O qeyd edib ki, növbədənkənar seçkilər iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, Devlet Bahçeli növbədənkənar prezident və parlament seçkilərinin bu ilin avqustun 26-da keçirilməsini təklif etmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ