MÜXALİFƏT LİDERİNDƏN HAKİMİYYƏTƏ ULTİMATUM - “İnqilab yarımçıq qala bilməz”

827 24-04-2018, 10:48 dunya

MÜXALİFƏT LİDERİNDƏN HAKİMİYYƏTƏ ULTİMATUM - “İnqilab yarımçıq qala bilməz”
“Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm”. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib.
O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətisizdir”.

N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla “Mariott” otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək: “Mən birmənalı şəkildə vurğulamaq istərdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarqsyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.

Nikol Paşinyan İrəvanın mərkəzi meydanında qələbə mitinqinə toplaşan yüz minlərlə insanın qarşısında çıxış edib. “Bu gündən etibarən Ermənistanda yeni hakimiyyət var”-Paşinyan elan edib.

Nikol Paşinyan ötən gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən necə saxlanıldığını danışıb: “MTX-in bir qrup əməkdaşı məni oğurladılar və xəlvəti şəkildə Sevan polis şöbəsinə apardılar, yolda mən onlarla zarafat etdim, anlamadılar. Dedim Serjin hakimiyyəti daha yoxdur, Ermənistanda artıq yeni hakimiyyət var, bu hakimiyyətin adı –Ermənistan xalqıdır”.

Paşinyanın sözlərinə görə, onu əvvəlcə təcridolunmuş vəziyyətdə saxlayırdılar, lakin yüksək vəzifəli şəxslər təcridxanaya baş çəkməyə başlayanda o anlayıb ki, artıq məxməri inqilab baş verib.

“Bu gün səhər mənə təklif etdilər ki, Sərkisyanın oktyabrda istefa verməsi ilə razılaşım. Razılaşmadım. İki saat sonra təklif etdilər ki, Sərkisyan bir ay sonra istefa verir, sonra deilər aprelin 25-ə getməyə hazırdır. Mən bütün bu təklifləri dinlədim və öz tələbimi irəli sürdüm-Serj Sərkisyan iki saat ərzində istefa verməlidir, və belə də oldu”-Paşinyan elan edib.

Nikol Paşinyan deyib ki, onun şərtinə görə Milli Məclis xalqın seçdiyi adamı baş nazir təyin etməlidir. Bu, iki həftə ərzində baş verəcək. Ondan sonra müvəqqəti hökumət formalaşacaq və növbədənkənar parlament seçkiləri təyin ediləcək.

“Biz dedik ki, Serj Sərkisyanın gedişinin və hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə etməyə hazırıq. Və indi Sərkisyan getdiyinə görə biz çərşənbə günü səhər saar 11-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları davam etdirəcəyik. Və bu nə qədər tez baş versə o qədər yaxşıdır”-Paşinyan bildirib.

Etiraz hərəkatının lideri əlavə edib ki, inqilab yarımçıq ola bilməz. “Əgər Serj Sərkisyan və onun Respublika partiyası ümid edirsə ki, kölgə idarəçiliyi yarada biləcəklər, mən onları tezliklə bu fikirdən daşınmağa çağırıram. Və bu qələbə birmənalı olaraq tanınmalıdır, şərtlər qoyulmadan”-o deyib.

XƏBƏR LENTİ