Paşinyan Qarabağ məsələsində yeni nə təklif edir?

1 080 28-04-2018, 10:39 dunya

Paşinyan Qarabağ məsələsində yeni nə təklif edir?
Ermənistanda Serj Sərkisyanın istefaya məcbur olmasından sonra onun başçılıq etdiyi Qarabağ klanının 20 illik hakimiyyət erası da sona çatmaq üzrədir. Müxalifət lideri Nikol Paşinyan mayın 1-də parlamentdə baş nazir seçilmək üçün Sərkisyanın hakimiyyətinin qalıqlarına təzyiqləri davam etdirir.

Eyni zamanda Ermənistanda indiyə qədər hakimiyyət məsələsində əsas söz sahibi olmuş Rusiyanın dəstəyini qazanmağa çalışır, nəzərə alır ki, Kremlin razılığı olmasa onun baş nazir postunda oturması çətin olacaq.

Ötən gün Nikol Paşinyan Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərində izdihamlı mitinq keçirib və hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın KTMT-də, habelə Avrasiya İttifaqında qalacağını bildirib.

Eyni zamanda Paşinyan deyib ki, onlar KTMT-dən və Rusiyadan Qarabağ və Ermənistanın təhlükəsizliyi məsələsində “daha möhkəm təminat” tələb edəcəklər.
Paşinyan Qarabağ məsələsində yeni nə təklif edir?
Nikol Paşinyan əvvəllər Qarabağ məsələsində radikal-millətçi mövqedən çıxış edirdi və dəfələrlə parlamentdə qondarma “dqr”in tanınması məsələsini qaldırıb. Habelə çıxışlarında “Azərbaycana sarsıdıcı zərbə vurmağın vacibliyi” haqda danışıb. Lakin Paşinyan Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnmiş etiraz hərəkatına başlayandan bəri Qarabağ məsələsi barədə danışmamağa üstünlük verir.

Virtualaz.org xəbər verir ki, Paşinyanın tərəfdaşı, onun başçılıq etdiyi “Vətəndaş sazişi” partiyasından deputat Ararat Mirzoyan da “Exo Moskva” radiosunda müsahibəsində bu sualdan yayınıb. Aparıcı Olqa Bıçkova Mirzoyana sual verib: “Nikol Paşinyan və müxalifət Azərbaycanla münasibətlərdə və Qarabağ məsələsində indi yeni nəsə təklif edə bilərmi?”
Paşinyanın tərəfdaşının bu suala cavabı belə olub: “Mənə Qarabağdan sual verəndə həmin sualın hansı aspektdə verilməsindən asılı olmayaraq bir cavabım olur. Budur, Qarabağın silahlı qüvvələri sərhəddə dayanıb, sərhədləri qorumağa tam qadirdir. Başqa cavab yoxdur”.

Qeyd edək ki, son günlər əsasən Rusiya ekspert dairələrndə və və KİV-lərində Azərbaycanın Ermənistandakı qarışıqlıqdan istifadə edərək Qarabağda hücuma keçə biləcəyinə dair rəy formalaşdırılır.

XƏBƏR LENTİ