Türkiyədən NATO-ya sərt xəbərdarlıq:“Türkiyə sizə qarşı hesabatlı deyil” – Təhlil

627 8-05-2018, 16:51 dunya

Türkiyədən NATO-ya sərt xəbərdarlıq:“Türkiyə sizə qarşı hesabatlı deyil” – Təhlil
Pyotr Yermilin

pravda.ru, 08.05.2018

Türkiyə NATO-dan çıxmaq məsələsini ciddi nəzərdən keçirir, çünki münasibətlərin korlanmağı davam edir. Türkiyəyə silah satışına sanksiyalar haqda respublikaçıların irəli sürdüyü Amerika qanun layihəsi qanuna çevriləcəyi halda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu cavab hərəkəti haqda xəbərdarlıq edib.

Amerika qanunvericiləri keçən həftənin sonunda müdafiənin illik 717 milyard dollar həcmində maliyyələşdirilməsi haqda məlumat dərc ediblər. Buna Türkiyə Respublikasına silah satışının müvəqqəti qadağası haqda maddə də daxil edilib.

Çavuşoğlu CNN-ə müsahibədə bu cür qərarı kəskin tənqid edərək bildirib ki, Şimali Atlantika üzrə müttəfiqə belə məhdudiyyət qoymaq düzgün deyil. Bundan savayı, yada salıb ki, Türkiyə Bəşər Əsədlə mübarizə çərçivəsində Suriya ərazisinə zərbə endirmək üçün ABŞ-a özünün İncirlik aviabazasından istifadə etməyə icazə verib. Çavuşoğlu deyib: “Birləşmiş Ştatlar bizə sanksiya qoysa, ya da belə bir addım atsa, Türkiyə ona cavab verəcək. ABŞ bu addımdan imtina etməlidir”. Mübahisəli qanun layihəsinin nəzərdə tutulan məqsədi Vaşinqtonun Ankaraya satmağa vəd etdiyi və 100-ü göndərilməyə hazır olan beşinci nəsil Lightning II F-35 qırıcı-bombardmançıdır.

Qanun layihəsi bir çox baxımdan Türkiyənin bu yaxınlarda Rusiyadan aldığı S-400 HHM sisteminə cavabdır. Türkiyənin Rusiya ilə münasibətləri dostluqdan əvvəlki kimi uzaq olsa da, alqı NATO və ABŞ-da acıq doğurub.

Ekspertlərin bildirdikləri kimi, Rusiya silahı NATO-nun müdafiə sistemlərinə uyuşmur.

Xatırladaq ki, dövlət katibi Mayk Pompeo apreldə Çavuşoğluya bildirib ki, Türkiyənin S-400 almağından “ciddi narahat olublar” (nəzərdə tutulur ki, Amerikanın HHM sistemlərinin müdafiə podratçıları da şad deyillər).

Çavuşoğlu öz ölkəsinin Rusiya silahı almasıyla bağlı NATO ölkələrini şiddətli tənqid edib və alyansı Türkiyəyə nəzarət etmək və suverenliyini pozmaq cəhdlərində ittiham edib. O deyib: “Türkiyə sizə qarşı hesabatlı deyil, müstəqil ölkədir… Onun nəyi ala biləcəyini, nəyi ala bilməyəcəyini diktə etmək düzgün yanaşma ola bilməz və alyansımızın qaydalarına uyğun gəlmir”.

Türkiyə keçən il İstanbulda Amerika konsulluğunun əməkdaşını həbs etdikdən sonra hər iki ölkə vətəndaşlara viza verməyi müvəqqəti azaldıb. NATO-nu tərk edən Türkiyə yalnız son əlıamət ola bilər ki, “soyuq savaş” alyansı iflas həddinə çatıb, çünki prezident Tramp onu və qurum üzvlərinin əksəriyyətini öz müdafiələri üçün ədalətli pay ödəmədiklərinə görə dəfələrlə tənqid edib.

Qeyd etmək lazımdır ki, Türkiyəyə silah satışına yasaq haqda Amerika qanun layihəsi, çətin ki, təsdiq olunsun, bu, hələlik qanunverici “qırğılar”ın sadəcə hədəsidir. Və bunun çoxlu səbəbləri var – o cümlədən, Türkiyə üçün istehsal edilmiş və göndərilməmiş təyyarələrin pulunu kim ödəyəcək? Artıq işldə olanların pulunu kim ödəyəcək?

Əsas sual da var: bu hərəkətlər nəticəsində Türkiyə NATO-nu tərk etsə, bəs bunun günahkarı kim olacaq? Yenə də Vladimir Putin?

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ