Binəli Yıldırım Paşinyana cavab verdi:“Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməlidir”

Binəli Yıldırım Paşinyana cavab verdi:“Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməlidir”
Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.

Xeberdar.net-in “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Yıldırım bildirib ki, əvvəlcə Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir: “Əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərik. Biz başda qonşularımız olmaqla, heç kimlə düşmən olmağı arzu etmirik. Belə bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik”.

Binəli Yıldırım Paşinyana cavab verdi:“Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməlidir”

  • 11-05-2018, 16:12
  • 456


Oxşar mövzular
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI