Irəvanda etirazçılar avtomobil yolunu bağlayıb –Silahlı qrup üzvlərinin azad olunmasını tələb edirlər

601 11-05-2018, 22:06 dunya

Irəvanda etirazçılar avtomobil yolunu bağlayıb –Silahlı qrup üzvlərinin azad olunmasını tələb edirlər
Yerevanda etirazçılar Arşakunyats prospektini bağlayıblar.

APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, etiraz aksiyasına məhkəmənin “Sasna tsrer” silahlı qrupu üzvlərinin vəsatətinin təmin etməməsi səbəb olub.

Etirazçılar qrup üzvlərinin azad edilməsini tələb edir.

Qeyd edək ki, 2016-cı ilin iyulunda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən “Sasna tsrer” silahlı qrupunun üzvləri iyulun 31-də polisə təslim olublar. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il, iyunun 8-də başlayıb. Bir neçə nəfər artıq həbs cəzası alıb.

XƏBƏR LENTİ