SABİQ NAZİR ƏFV ÜÇÜN MÜRACİƏT EDİB - MTN rəhbəri bağışlanmasını istəyir

959 19-05-2018, 23:14 kriminal

SABİQ NAZİR ƏFV ÜÇÜN MÜRACİƏT EDİB - MTN rəhbəri bağışlanmasını istəyir
14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatda bildirilir ki, ölkə başçısına ünvanladığı müraciətində sabiq nazir Azərbaycan dövləti qarşısında xidmət göstərdiyini xatırladaraq, prezidentdən onu bağışlamasını diləyib.

Ancaq Vəli Ələsgərovun bu müraciətinə müsbət yanaşılacağı inandırıcı deyil. Nəzərə alsaq ki, Əfv haqqında əsasnaməyə görə cəzanın yarısını çəkən məhkum əfv üçün müraciət hüququ qazanır. Vəli Əsəgərovun isə 2016-ci ilin iyul ayında məhkum olunmasını nəzərə alsaq o zaman onun əfv üçün şansının olmadığı bəllidir.

Qeyd edək ki, V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberdar.net

XƏBƏR LENTİ