Türkiyədə çevriliş cəhdi: Məhkəmə 104 nəfərə ömürlük həbs cəzası verib

646 22-05-2018, 11:56 dunya

Türkiyədə çevriliş cəhdi: Məhkəmə 104 nəfərə ömürlük həbs cəzası verib
Türkiyədə məhkəmə 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham edilən 104 keçmiş hərbçiyə "ağırlaşdırılmış ömürlük həbs cəzası" verib, dövlət mediası yazır.

Ölkə prezidenti əvvəllər 2016-cı ildə dövlət çevrilişini planlaşdıranlar üçün ölüm hökmünün geri qaytarılmasını dəstəklədiyini söyləyib.

2016-ci il iyulun 15-də bir qrup hərbçinin prezident Recep Tayyip Erdoğanı hakimiyyətdən devirmək cəhdi nəticəsində 260 insan həlak olub, 2,200 nəfər xəsarət alıb.

Nəticədə Türkiyə hakimiyyəti 150 min insanı rəsmi olaraq işdən azad edib, təxminən 50 min nəfər həbs edilib. Çevrilişlə əlaqədə ittiham olunanlar təqib olunub.

İzmir məhkəməsi ittiham edilən 280 keçmiş hərbçidən 52-nə daha az həbs müddəti verib.

21 nəfər "prezidentin sui-qəsdinə kömək etmək" ittihamı ilə 20 il, 31 nəfər isə "terror təşkilatına üzvlük" ittihamilə yeddi ildən 11 ilədək həbs cəzası alıb, Anadolu agentliyi xəbər verir.

Recep Tayyip Erdoğan dövlət çevrilişini planlaşdıranlar üçün ölüm hökmünün geri qaytarılmasını dəstəklədiyini söyləyib. Erdoğan onu da deyib ki, həbs olunanlar Quantanamo həbsxanasının uniformasına bənzər geyinməlidir.

Türkiyədə ölüm hökmü 2004-cü ildə ləğv edilib.

Türkiyə hakimiyyəti çevriliş cəhdini ABŞ-da mənzillənən vaiz Fethullah Gülen-in təşkil etdiyini deyir.

1999-cu ildən ABŞ-a sürgün olan Gülen iddiaların əsassız olduğunu deyir.

Rəsmi Vaşinqton Türkiyə hakimiyyətinin Fetullah Güleni ekstradisiya etmək çağırışlarına əməl etməyib.

XƏBƏR LENTİ