Ərdoğan vətəndaşları avro və dollardan imtina etməyə çağırıb

677 26-05-2018, 20:03 dunya

Ərdoğan vətəndaşları avro və dollardan imtina etməyə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ölkə vətəndaşlarını avro və dollardan imtina etməyə çağırıb.

Xeberdar.net məlumat verir ki, o, seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanı ölkə vətəndaşlarına xarici valyutalarını türk lirəsinə çevirməyi tövsiyyə edib.

R.T.Ərdoğan bildirib ki, AKP-nin hakimiyyətdə olduğu dövrdə Türkiyə iqtisadiyyatı üç dəfə artıb, ölkədə zavodlar, su anbarları tikilib, yeni yollar salınıb. Gələn il Türkiyə öz avtomobil brendi üzərində də işləyəcək və növbəti illərdə istehsalına başlayacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ