Azərbaycanda dəhşət – 5 yaşlı uşaq anasını güllələyib öldürdü

621 29-05-2018, 14:27 kriminal

Azərbaycanda dəhşət – 5 yaşlı uşaq anasını güllələyib öldürdü
Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

DİN-dən verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ