Qaradağda yaşayış binasında yanğın olub- 20 nəfər təxliyə edilib

864 31-05-2018, 21:27 hadise

Qaradağda yaşayış binasında yanğın olub- 20 nəfər təxliyə edilib
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb.

Xeberdar.net Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib, vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ