FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı

733 1-06-2018, 10:50 cemiyyet

“Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?”
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrində kitab paylanıb. Criminal.az-a məlumat verən FHN zabiti bildirib ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarıın hərbi hissələrinə paylanıb. Kitab hərbi hissədə oxuyanları şoka salıb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın müsabətləri, cinsi həyat, sexual-dini məslələr yer alıb.

FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Bəlkə də inanmayacasınız. Amma kitabın səhifələrindən birində belə abzas var: ‘‘Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.

Daha sonra müəlif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ‘‘Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Müəllif başqa bir səhifədə yazır: ‘‘Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək”. Sanki forsajdasan”.
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərindəəsaslandırıb : ”Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağlayiqdir”.

Müəllif Ə.Kazımovun niyə maşın və mühərrik haqda kitabda bu cür üsullarla yazdığı barədə ehtimallarımızı çatdıra bilərik. Əldə etdik ki, müəllif dindardır və hacıdır.

Criminal.az saytına kitab haqda məlıumatı verən məhz FHN-nin dul olan xanım zabitidir. Kitab haqda məlumat verən xanım belə bir sual edib: “Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kitabın yaratdığı reaksiya ilə bağlı məlumat artıq FHN rəhbərliyinə çatdırılıb və müəlliflə bağlı araşdırma başlanılıb.
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
FHN-də KİTAB QALMAQALI – Nazirlik araşdırma başlatdı
Azpolitik.info

XƏBƏR LENTİ