Yüksək inflyasiya və lirənin ucuzlaşması gözlənilir –“Moodys” Türkiyənin kredit reytinqinə yenidən baxcaq

640 2-06-2018, 10:36 dunya

Yüksək inflyasiya və lirənin ucuzlaşması gözlənilir –“Moodys” Türkiyənin kredit reytinqinə yenidən baxcaq
“Moodys” kredit qiymətləndirmə firması bildirib ki, Türkiyənin kredit reytinqinin aşağı endirilməsi məsələsinə baxır. “Moodys” Türkiyənin kredit reytinqini lap bu yaxınlarda endirmişdi. Ekspertlərin fikrincə bu, ilk növbədə prezident Rəcəp Tayyip Ərdoğanın liderliyi şəraitində getdikcə artmaqda olan iqtisadi qeyri-müəyyənliklə bağlıdır.

Agentlik bildirir ki, Türkiyənin hazırkı Ba2 reytinqi iqtisadiyyatın hansı istiqamətdə gedəcəyinin bəlli olmamasına, xarici risk faktorlarına görə bundan da aşağı həddə endirilə bilər.“Moodys” bildirir ki, Türkiyə barədə yaranmış narahatlıqlara son qoyulmazsa, investor etimadının aşılanması prosesi daha da dərinləşəcək.

Ekspertlər bildirirlər ki, investor etimadının azalması əsas etibarilə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlıdır. Başlıca ehtiyatlanma Türkiyənin yeni administrasiyasının da köhnə iqtisadi siyasətləri davam etdirə biləcəyindəndir. Ekspertlər belə bir şəraitdə inflyasiyanın təhlükəli həddə artacağını, milli valyuta lirənin daha da dəyərsizləşəcəyini gözləyirlər. Bu həftənin əvvəllərində “Moodys” Türkiyədə iqtisadi artım proqnozlarını yenidən azaldıb.

XƏBƏR LENTİ