Sığınacaq axtaranlar üçün mərkəzdə bıçaqlanma İsveçi "dəhşətə gətirib"

Sığınacaq axtaranlar üçün mərkəzdə bıçaqlanma İsveçi "dəhşətə gətirib"

Adı açıqlanmayan zərərçəkən aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib

İsveçin baş naziri gənc sığınacaq axtaranlar üçün mərkəzdə qadın əməkdaşın bıçaqlanmasını "dəhşətli cinayət" adlandırıb.

Baş nazir Stefan Lofven qətl hadisəsindən bir neçə saat sonra Göteborq yaxınlığındakı Molndal-da yerləşən böyükləri tərəfindən müşayiət olunmayan miqrantlar mərkəzinə baş çəkib.
Şübhəli, 15 yaşlı sığınacaq axtaran, 22 yaşlı qadın əməkdaşın qətlinə görə həbs olunub.
Cənab Lofven bildirib ki, bir çox isveçlilər bu hücumların təkrarlanmasından qorxur.
Baş nazirin İsveç Radiosuna verdiyi məlumata görə, o hesab edir ki, bir çox isveçlilər sığınacaq üçün ölkəyə bu qədər uşaq və gəncin tək gəlməsindən sonra belə halların baş verməsindən narahatdır.
Polisin bildirdiyinə görə, hadisə yerinə gələn polis əməkdaşları "qanlı səhnə" ilə qarşılaşıblar.
"Hadisəni törədən şəxs isə digər sakinlər tərəfindən zərərsizləşdirilib, insanların kefi yox idi, onlar məyus idi".
Adı açıqlanmayan zərərçəkən aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
İsveç Radiosu bildirib ki, mərkəzdəki 14 -17 yaşlı sakinlər gecələmək üçün başqa yerə köçürülüb.
İsveç Milli Polis Komissarı Dan Eliasson, terrorizmə qarşı mübarizəyə kömək etmək, miqrantların deportasiyasını həyata keçirmək və sığınacaq obyektlərinə nəzarət üçün əlavə 4 mindən çox polis əməkdaşının cəlb edilməsini istəyib, İsveçin TT informasiya agentliyi məlumat verir.
"Biz sığınacaqlara qəbul mərkəzlərində bir çox pozuntulara reaksiya verməyə məcburuq", o bildirib.
İsveç ötən il 150 mindən çox sığınacaq üçün ərizə qəbul edib. Ölkə Almaniya ilə yanaşı Avropa İttifaqına qanunsuz daxil olan qaçqın və miqrantların əsas təyinat yeridir.
Lakin bu yaxınlarda İsveç hakimiyyəti miqrant axınının qarşısını almaq üçün sərhəd yoxlamalarının gücləndirildiyini bildirib./BBC/

Sığınacaq axtaranlar üçün mərkəzdə bıçaqlanma İsveçi "dəhşətə gətirib"

  • 26-01-2016, 10:49
  • 774


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. "Qarabağ" - "Bazel" oyununda birinci hissə başa çatıb
  3. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  4. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  5. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  6. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  7. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  8. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  9. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  10. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI