Qarabağdakı separatçı rejim dağılır –Etiraz aksiyalarından sonra istefalar başladı

948 6-06-2018, 16:43 siyaset / gundem

Qarabağdakı separatçı rejim dağılır –Etiraz aksiyalarından sonra istefalar başladı
Iyunun 6-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağdakı separatçı hakimiyyətin “polis rəisi”, general mayor Kamo Aghajanyan istefa verib. “Son etiraz dalğası hamıya düşünməyə əsas verdi. Narahatlığıma səbəb təkcə mənim istefamla bağlı tələb deyildi. Məqsədim ölkənin daxili təhlükəsizliyini təmin etmək, daxili siyasi kəskinləşmədən yayınmaq idi”, – Aghajanyanın polisin saytında yerləşdirilmiş müraciətində deyilir.
O, istefasıyla bağlı “cəmiyyətdə tələb yarandığından” istefa məruzəsini separatçı rejimin rəhbəri Bako Saakyana göndərdiyini qeyd edir.
Daha öncə isə Qarabağın “dövlət naziri” Araik Arutyunyan istefaya getdiyini açıqlayıb. Bu haqda “Azadlıq” radiosunun erməni xidməti Arutyunian-ın mətbuat katibindən informasiya əldə edib.
Qarabağdakı separatçı rejim dağılır –Etiraz aksiyalarından sonra istefalar başladı
“Sputnik Armenia” isə xəbər verir ki, qondarma rejimin “milli təhlükəsizlik xidmətinin” direktoru, general Arşavir Qaramyan da istefa verib.
Xankəndində dörd gün davam edən etirazların dünən – iyunun 5-də dayandırıldığı bildirilib. Etirazları koordinasiya edən qrup Ermənistanın baş naziri Nikol Paşinyan və Dağlıq Qarabağdakı separatçı hakimiyyətin rəhbəri Bako Saakian-ın çağırışlarına cavab verdiklərini deyirdilər.

Ancaq koordinasiya qrupunun üzvü David Simonyan tələbin dəyişmədiyini, Saakyana Milli Təhlükəsizlik xidmətinin rəisini, onun müavinini və polis rəisini işdən çıxarmaq üçün vaxt verdiklərini bildirmişdi.

“Nikol Paşinyan deyib ki, topu hökumətə ötürürük və bu top məqsədinə çatmasa, etirazçılara, yəni xalqa qayıdacaq”, – Simonyan demişdi.

Bu qərardan narazı qalan nümayişçilərin fikrincə, hakimiyyət uzun illər boyunca onları aldadıb və bu dəfə də aldadacaq.
]Ancaq bir neçə saatdan sonra narazı sakinlər Xankəndinin mərkəzi meydanına yığışıblar. Buradakı mədəniyyət sarayında hakimiyyət etirazçılara ayrıca zal ayırıb, onlar yaradılmış İctimai Şuraya bütün narazılıqlarını, şikayətlərini bildiriblər.
Qarabağdakı separatçı rejim dağılır –Etiraz aksiyalarından sonra istefalar başladı  “Azadlıq” radiosunun əməkdaşı günortadan sonra qeydiyyat masasına 400-dək ərizə toplandığını müşahidə edib. Ərizələrdə daha çox fərdi məsələlər qaldırılıb. Zalda keçirilən müzakirədə etirazçılar Dağlıq Qarabağa sistem qərarlarının gərəkdiyini vurğulayıblar. Onlar daha çox məhkəmə sistemində islahatlardan danışıblar.

Etirazlara iyunun 1-də vətəndaşlarla təhlükəsizlik xidməti zabitlərinin dava-dalaşı səbəb olmuşdu. Polis tərəflərin bir-birinə bədən xəsarəti yetirdiyini bildirmiş, ancaq mübahisəyə nəyin səbəb olduğunu açıqlamamışdı. Bundan sonra etirazçılar Xankəndində mərkəzi küçəni bağlayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XƏBƏR LENTİ