Göyçayda körpü AŞPA-dakı deputatın villalarına görə uçubmuş - Şok ittihamlar/Foto

1 080 8-06-2018, 21:59 siyaset / bolge / gundem

Göyçayda körpü AŞPA-dakı deputatın villalarına görə uçubmuş - Şok ittihamlar/Foto
Şamaxının deputatı Elxan Süleymanov biznesini gücləndirir

Ucarın 20 Yanvar küçəsi, ev 34 sakini Purqafari Azər Ələsgər oğlu bu məlumatı verib.

Onun sözlərinə görə, Göyçayda 500 ailənin iş yerini qapadan deputat onların çörəyinə bais olub. Belə ki, 10 yerdə qum-çınqıl karyerini bağladıb.

Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir. Əslində həmin “karyerlər” qanuni fəaliyyət göstərirdi.

Ancaq E.Süleymanov özünə məxsus Qəbələdə yerləşən “karyer”in məhsullarının satışını sürətləndirmək üçün Göyçaydakı obyektləri bağladıb.

Guya E.Süleymanov təbiətin qayğısına qalır, gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır.

Təbiətin qayğısına qalmaq imicini formalaşdıran deputat əslində, təbiətin düşməni hesab edilməlidir.


Xeberdar.net fia.az-a istinadən xəbər verir ki, A.Purqafari mühüm faktlar açıqlayıb. Onun dediyinə görə, deputat Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib.

Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyətyanı sahəyə düşüb. Bu isə dünyada analoqu olmayan bir özbaşınalıq, qanunsuzluqdur.

E.Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldıb ki, nəticədə mayın 3-də körpü uçdu.

Göyçay sakini hesab edir ki, körpünün uçmasını E.Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır.

Göyçayda fəaliyyət göstərən 10 qum-çınqıl karxanasının fəaliyyəti qanunsuzdursa, bəs Elxan Süleymanova məxsus Qəbələdəki “karyer” necə qanuni fəaliyyət göstərə bilir?

Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır.

Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var.

Villalar yerləşən ərazidə Göyçay çayının körpüsü də əhatəyə alınıb. Bundan əlavə, deputat bir maşını 30-40 manata olan qumu indi 300 manata satır.

E.Süleymanov Şamaxıdan deputat seçilsə də, əslən göyçaylıdır. Onun Göyçayda obyektləri, villalar qanunsuz inşa edilib.

Onun ticarət obyekti Göyçay internat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib.

Sözügedən deputat AŞPA nümayəndə heyətimizin üzvüdür. Amma hörmətli millət vəkilinin işi tamamilə başqa istiqamətdədir.

Oliqarxa çevrilmiş deputatın villaları üzündən Göyçay ikiyə bölünüb, körpü uub, ətrafda yaşayanlar köçürülüb.

REDAKSİYADAN: Xeberdar.net məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

XƏBƏR LENTİ