Bakıda marşrut avtobusu qəza törətdi – Ölən var

754 11-06-2018, 12:56 hadise

Bakıda marşrut avtobusu qəza törətdi – Ölən var
Bakıda marşrut avtobusu qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ