Bakıda restoran yanır

710 19-06-2018, 10:40 gundem

Bakıda restoran yanır
Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Nərimanov rayonu ərazisində tikinti materialları mağazasında da yanğın olub.
Xeberdar.net

XƏBƏR LENTİ